Get Adobe Flash player
Bölmeler
Yayın Organlarımız
Arşiv
Ziyaretçiler

free counters

18 Oktyabr Azərbaycanın müstəqillik günüdür!

18 Oktyabr Azərbaycanda müstəqillik günü kimi qeyd olunur. Bununla bağlı Bütöv Azərbaycan Gənclər Təşkilatı və “Qarabağ Uğrunda” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Şəhidlər və Fəxri xiyabanlara ziyarət təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Bütöv Azərbaycan Gənclər Təşkilatının başqan müşaviri Tural İsmayılov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq belə tədbirlərdə gənclərin xüsusi həvəslə iştirak etməsindən danışıb.

Tədbirdə Bütöv Azərbaycan Gənclər Təşkilatının başqanı Ruslan İzzətli, “Qarabağ Uğrunda” Gənclər Təşkilatının sədri Sənan Mehdi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Yeni İstedadlar Uşaq və Gənclər Mərkəzinin rəhbəri Cəfər Mənsimi, Kanal13.tv internet televiziyasının əməkdaşı Ülviyyə İsmətqızı və bir sıra gənclər iştirak edib.

Bu barədə Kulur.az müstəqil xəbər portalına Bütöv Azərbaycan Gənclər Təşkilatının başqanı Ruslan İzzətli məlumat verib.
“Ümumiyyətlə təşkilat olaraq ayda bir neçə dəfə belə yerlərə ziyarət təşkil edirik. Amma bu gün əvvəlki ziyarətimizdən fərqli olaraq buraya çox böyük qürur hissi ilə gəlmişik. Çünki 18 oktyabr çağdaş Azərbaycan tarixinin önəmli hissəsi və Azərbaycan dövlətinin yenidən yaranması günüdür. Bununla əlaqədar gənclik və təşkilat olaraq müstəqilliyi bizlərə qazandırmış şəxslərin qəbrini ziyarət etmək bizim üçün çox önəmlidir. Amma çox təssüflər olsun ki, ölkəmizdə son illər 18 oktyabr Müstəqilik günü qeyri-iş günü hesab edilmir. Biz aidiyyatı orqanlar, Milli Məclis və dövlət rəhbərliyindən xahiş edirik ki, bu günün rəsmi bayramlar sırasına daxil edilməsi üçün önəmli işlər görsünlər. Çünki hər bir dövlətin yaranması, onun müstəqilliyi o dövlətin önəmli tarixi, qürur mənbəyidir. Azərbaycan 19 ildir ki, müstəqildir. Amma əfsuslar olsun ki, Ermənistan işğalçı dövləti tərəfindən Azərbaycanın suverənliyi pozulub. Mən inanıram ki, Quzey Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, Güney Azərbaycanda İran islam rejimi tərəfindən basqı altında yaşayan insanların haqları özlərinə qaytarılacaq. Biz gənclik və Bütöv Azərbaycan Gənclər Təşkilatı olaraq bu yöndə işlər görürük. Çalışırıq ki, bu bayramı gələn il rəsmi dövlət bayramı kimi qeyd edək. Bunun üçün də əlimizdən gələni edirik. Bu bayramın rəsmi dövlət bayramı kimi qeyd edilməsi və bu günün təbliği yeni yetişən gənclikdə milli vətənpərvərlik hislərinin oyadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm addımlardan biridir. Məhz elə bu gün keçirdiyimiz tədbirin də əsas məqsədlərindən biri budur”, – deyə Ruslan İzzətli bildirib.

“Hər bir dövlətin müstəqillik tarixi onun şərəf və qürür mənbəyidir. Biz bu şərəf və qürur mənbəyimizi bayram kimi, hətta böyük atəşfəşanlıqla qeyd etməliyik. Bu, Azərbaycan xalqının haqqıdır. Heç kəs bu haqqı bizim əlimizdən ala bilməz. Çünki bu haqqı heç kəs bizə verməyib. Biz bu haqqı özümüz qazanmışıq və bu qazancı da bayram etmək bizim haqqımızdır. Həmçinin, bu bayramla əlaqədar başqa tədbirlərimizin keçirilməsini planlaşdırmışıq. Bununla əlaqədar rayon şöbələrimiz də fəaliyyət göstərir ki, onlar da rayon ziyalıları ilə görüşlər keçirərək hər bir rayonun Şəhidlər xiyabanına ziyarət təşkil edirlər. Bütöv Azerbaycan Gənclər Təşkilatı (BAGT) 2 ilik fəaliyyəti dönəmində bu bayramı hər il qeyd edir. Çalışırıq ki, gücümüz və bacardığımız qədər, bu bayramı təntənəli şəkildə keçirək və gənclər arasında milli vənətpərvərlik ruhunu aşılayaq.”

Həmçinin qeyd edək ki, gənclər belə tədbirlərin əhəmiyyətli rol oynadığını qeyd edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Qaynaq: Kuluar.az

http://www.yalquzaq.com/?p=16030

Leave a Reply

VATANA ZİYARET
------------------------------------------------ ---------------------------------------------------- TABİATIN MUCİZELERİ. Aydan Arı Sudan Duru BOZKURT
Reklam ve İlanlar


Ahıskalı Türkler bu ülkelerde yaşamakta

DATÜB 1.Kurultayı Delegeleri Anıtkabir'de

Karabağ'ı Unutma! Unutturma!